"Liverpul" yeni stoper transfer etmək istəyir
"Liverpul" bu yay heyətinə yeni mərkəz müdafiəçisi transfer etməyi düşünür.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Mark Gehi ilə yaxından maraqlanır.
24 yaşlı stoperin dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Mark Gehi bu mövsüm meydana çıxdığı 44 matçda 3 qol 2 asistlə yadda qalıb.