"Liverpul"dan 50 milyon avroluq transfer
"Liverpul" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Vartonu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu A.Varton üçün "Kristal Pelas"a 50 milyon avro ödəməyə hazırdır.
21 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Adam Vartonun "Kristal"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.