"Liverpul"dan 60 milyon avroluq transfer
"Ştuttqart"ın almaniyalı futbolçusu Anxelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Anxelo Ştiller üçün Almaniya klubuna 60 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun "Ştuttqart"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, A.Ştiller cari mövsüm çıxış etdiyi 44 matçda 4 qol 9 asistlə yadda qalıb.