"Liverpul"dan yeni transfer
"Liverpul" heyətinə daha bir futbolçunu transfer edib.
Sportline.az xəbər verir ki, "Bormunt"un sol cinah müdafiəçisi Miloş Kerkez yeni mövsümdən etibarən "Liverpul"un formasını geyinəcək. Bu haqda jurnalist Florian Plettenberg öz "X" hesabında paylaşım edib.
Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. O, ötən mövsüm meydana çıxdığı 41 matçda 2 qol 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Miloş Kerkezin "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.