"Liverpul"un keçmiş futbolçusu yenidən komandaya qayıtmaq istəyir
"Liverpul"un Səudiyyə Ərəbistanına transfer olunan futbolçusu Cordan Enderson yenidən komandada çıxış etmək istəyir.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 6 ay öncə "Əl-İttifaq" klubuna trasnfer olunan Cordan Enderson yenidən İngiltərə Prmyer liqasına dönmək istədiyini deyib.
"Liverpul" - "Arsenal" matçından sonra Yürqen Kloppa bu mövzuyla bağlı sual verilib və təcrübəli mütəxəssis açılamasında :"Açığı belə bir mövsü gündəmimizdə yoxdur. Nə yalan deyim Endersonla bu məsələylə bağlı danışmışıq. Amma aramızdakı söhbtəi sizə deyə bilmərəM",-deyib.
Qeyd edək ki, Cordan Enderson bu mövsüm 35 milyon avro qarşılığında "Əl-İttifaq" klubuna trasnfer olunub.