“Los Anceles Klippers”in super ulduzu Maykl Cordanı geridə qoyub

NBA-in pley-off mərhələsində keçirilən “Los Anceles Klippers” – “Dallas Mevriks” oyunu Ceyms Harden üçün əlamətdar olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, matçda 8 asistə oynayan ABŞ-li basketbolçu Cemys Harden əfsanəvi Maykl Cordanı qabaqlayaraq pley-off mərhələlərinin ən çox məhsuldar ötürmə edən 12-ci oyunçusu olub.

Qeyd edək ki , qarşılaşma “Dallas Mevriks”in 96-93 hesablı qələbəsi ilə yekunlaşıb və seriyada hesab bərabərləşib.1-1.