"Los Anceles Leykers"dən inamlı qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, azarkeşlər 5 oyuna şahidlik ediblər. 

Favoritlərdən "Los Anceles Leykers" "Mayami Hit"lə görüşdə inamlı qələbə qazanıb. 

Gecənin nəticələrini diqqətinizə çatdırırıq:

"Minnesota Timbervulfs" - "Memfis Qrizzlis" - 87:100

"Mayami Hit" - "Los Anceles Leykers" - 97:113

"Orlando Məcik" - "Nyu York Niks" - 131:117

"Vaşinqton Uizards" - "Portlend Treyl Bleyzers" - 109:119

"Sen Antonio Spörs" - "Qolden Steyt Uarriors" - 104:92