Luka Modriç daha bir il "Real"da

"Real" Madridin xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç paytaxt klubu ilə hazırkı müqaviləni daha bir mövsüm uzatmaq barədə razılığa gəlib.

Sportline.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.

Luka 2012-ci ilin yayından Kral klubunun şərəfini qoruyur.

38 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 44 görüşdə 2 qol vurub, 8 asist edib.

Qeyd edək ki, Luka Modriçin hazırki transfer dəyəri 8 milyon avrodur.