Lukaku ilk 2 oyunu buraxacaq

Belçika millisi DÇ-2022-yə ciddi itki ilə başlayacaq.

Sportline.az AFP-yə istinadən xəbər verir ki, omba nahiyəsində ağrıaları olan Romelu Lukaku yığmanın ilk iki oyununu buraxmalı olacaq.

Təcrübəli hücumçu noyabrın 23-də Kanada və noyabrın 27-də Mərakeşlə keçiriləcək qrup oyunlarında iştirak edə bilməyəcək. Onun qrupun son matçına - Xorvatiya ilə görüşə qədər hazır olacağı gözlənilir. 

Qeyd edək ki, "İnter"in hücumçusu Belçika millisində 102 oyuna 68 qol vurub.