Madrid klubunun baş məşqçisindən rekord

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone yeni rekord müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, bu, onun komandasının dünən La Liqanın 32-ci turunda “Alaves” üzərində qələbəsi (2:1) sayəsində mümkün olub. Argentinalı mütəxəssis İspaniya çempionatında 195-ci qələbəsini qazanıb.

Bununla da o, Luis Araqonesi (194 qələbə) keçərək “Atletiko”nun tarixinə La Liqada ən çox uğur qazanan məşqçi kimi düşüb.