Madrid klubunun üzvü zədələndi

İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Anxel Korrea zədələnib. 

Sportline.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı argentinalı yarımmüdafiəçi sol ayağından xəsarət alıb. 

O, komandanın məşqində sıradan çıxıb. Korreanın zədəsinin müddəti barədə məlumat verilməyib. 

Qeyd edək ki, Anxel Korrea bu mövsüm 33 matçda meydanda olub və 7 qol vurub. Daha əvvəl "Atletiko"nun digər futbolçusu Joao Feliks də zədələnib. 

Mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.