Madrid "Real"ı hərəkətə gəlir

Madrid "Real"ı yaxın günlərdə məşqlərə başlayacaq.
 
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, paytaxt klubu mayın 4-də məşqləri bərpa etməyi planlaşdırır. Hazırlıq komandanın Valdebebasdakı bazasında keçiriləcək.
 
Madrid klubu xüsusi tədbirlər planı hazırlayıb. Bütün oyunçuların koronavirus testindən keçəcəyi, məşqdən sonra isə təması minimuma endirmək üçün onlardan dərhal bazanı tərk etmələri istəniləcəyi bildirilir.