Madrid "Real"ı stadionu dəyişir

Madrid "Real"ı cari mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcək.
 
Sportline.az Goal.com-a istinadən xəbər verir ki, qarşılaşmalara "Alfredo Di Stefano" stadionu ev sahibliyi edəcək. Bu barədə "Real"ın prezidenti Florentino Peres məlumat verib:
 
"Mövsümün qalan ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirmək qərarına gəldik. Bu qərar sayəsində "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərini davam etdirə biləcəyik".
 
"Alfredo Di Stefano" stadionu Madrid klubunun rezerv komandası - "Kastilya"ya məxsusdu.
 
Hazırda "Real"ın "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılır. Ümumi layihənin "kral klubu"na 570 milyon avroya başa gələcəyi bildirilir.