Madrid "Real"ının futbolçusu karyerasını Asiyada davam etdirə bilər

İcarə əsasında "Real Madrid"də çıxış edən ispaniyalı hücumçu Xoselu komandadan ayrılıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, müqavilə ilə "Espanyol"a məxsus olan 34 yaşlı futbolçu Kataloniya klubuna qayıtmaq istəmir.

Mənbənin sözlərinə görə, Xoselu üçün Asiya ölkələrində ciddi təkliflər var.(Qətər və Saudiyyə Ərəbistanı).

Qeyd edək ki, təcrübəli hücumçu 2023-cü ilin iyulunda "Real" Madridə keçmişdi.O, ötən mövsüm "Kral klubu"nun heyətində 49 oyunda 17 qol vurub və 3 asist edib.Transfermarkt portalında futbolçunun hazırki transfer dəyəri 5 milyon avrodur.