"Mançester Siti" almaniyalı ulduzun izinə düşüb

"Mançester Siti" "Bayer"in almaniyalı futbolçusu Florian Virtsi heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Virts mövsümün sonunda "Bayer"də ayrıla bilər.

İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 125 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Virts bu mövsüm çıxış etdiyi 41 matçda 15 qol 13 asistlə yadda qalıb.