"Mançester Siti" gənc futbolçularla maraqlanır
"Mançester Siti" "Jirona"dan Savinyo, "River Pleyt"dən isə Klaudio Eçervini transfer etmək qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu gənc futbolçuların performansını daha da yaxşılaşdırmaq üçün heyətinə qatmaq istəyir.
İspaniyanın "Jirona" klubu Savinyonu göndərmək niyyətində olmadığını bildirib. Argentinanın "River Pleyt" klubu isə 17 yaşlı futbolçusu Klaudio Eçervini icarə əsasında transfer etməyə razılıq verib.
Qeyd edək ki, "Mançester Siti" klubu hər iki futbolçu üçün ayrı-ayrılıqda 15 milyon avro təklif edib.