"Mançester Siti" növbəti mərhələyə yüksəlib

“Mançester Siti” klublararası dünya çempionatının II turunda BƏƏ-nin “Əl-Əyn” klubunu 6:0 hesabı ilə darmadağın edib.

Sportline.az xəbər verir ki, qarşılaşma Atlantada baş tutub.

Qolları İlkay Gündoğan (8, 73), Klaudio Eçeverri (27), Erlinq Haaland (45+5-p.), Oskar Bobb (84), Rayan Çerki (89) vurub.

“Mançester Siti” və “Əl-Əyn” G qrupunda mübarizə aparır. İngiltərə komandası qrup mərhələsində ikinci qələbəsini qazanaraq 6 xala pley-offa vəsiqəni təmin edib.

Eyni xala iyunun 26-da pley-off mərhələsində “Mançester Siti” ilə oynayacaq İtaliya “Yuventus”u da malikdir.

“Əl-Əyn” son turda Mərakeşin “Vidad” klubu ilə qarşılaşacaq. İki turdan sonra komandaların xalları yoxdur.

Oyun gününün digər duelində Avstriya təmsilçisi “Zaltsburq” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə heç-heçə edib - 0:0.