"Mançester Siti" "Qalatasaray"ın futbolçusunu heyətinə qatmaq istəyir
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara komandanı tərk edə bilər.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, onun yenidən İngiltərəyə qayıtmaq ehtimalı var.
Futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır.
"Şəhərlilər" onu yayda heyətinə qatmaq niyyətindədir. Tərəflər arasında danışıqların başladığı bildirilir.
Qeyd edək ki, "Qalatasaray" Saranı "Norviç Siti"dən transfer edib.