“Mançester Siti” Qrilişə qiymətə qoydu
"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişi satmaq qərarına gəlib.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, Mançester klubunun rəhbərliyi Qriliş üçün 60 milyon avro tələb edir.
Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Cek Qriliş "Mançester Siti"yə "Aston Villa"dan 2021-ci ilin yayında 117.5 milyon avro qarşılığında transfer olmuşdu.