"Mançester Siti" Ruben Diaşı satır?
"Mançester Siti"nin futbolçusu Ruben Diaş klubda qalacaq.
Sportline.az xəbər verir ki, "şəhərlilər" portuqaliyalı stopperi satmaq niyyətində deyil.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Diaşın dəyəri 55 milyon avrodur. "Real Madrid" 29 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.