"Mançester Siti" transferə doymur
"Mançester Siti" klubu daha bir futbolçunun ovuna çıxıb.
Sportline.az xəbər verir ki, "Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vayt "Mançester Siti"nin transfer siyahısında yer alıb.
25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur. Mançester klubunun rəhbərliyi bu məbləği "Nottingem"ə ödəməyə hazırdır.
Qeyd edək ki, Morqan Gibbs-Vayt ötən mövsümü 38 matçda 7 qol 10 məhsuldar ötürmə ilə tamamlayıb.