"Mançester Siti" "Yuventus"a elçi düşüb

"Mançester Siti" "Yuventus"un italiyalı futbolçusu Andrea Kambiyassonu transfer etmək istəyir.

Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, İngiltərə klubu Kambiyasso üçün "Yuventus"a 40 milyon avro ödəməyə hazırdır.

25 yaşlı müdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kambiyasso bu mövsüm çıxış etdiyi 39 matçda 2 qol 3 asistlə yadda qalıb.