"Mançester Siti"nin futbolçusu "Ronaldu və Messi haqqında danışıb
"Mançester Siti"nin portuqaliyalı sağ cinah hücumçusu Bernardo Silva Ronaldu və Messi haqqında açıqlama verib.
Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, junralistlərin səncə dünyanın ən yaxşı futbolçusu kimdir sualına Bernardo Silva:"Maraqlı sualdır,amma mən özümü seçərdim. Ronaldu və Messi yaşlanıb",-deyib və gülüb.
Bernardo Silvanın cavabından sonra təəcüblənən jurnalistlər, bu cavabı ciddi olaraq verdiniz yoxsa həqiqətən belə düşünürsünüz deyə soruşublar. Portuqaliyalı hücumçu isə :"Əlbəttə zatafat edirəm. Hər kəs bilir ki, Ronaldu və Messi dünyanın ən güclü futbolçularıdır. Onları ayrımaq düzgün deyil",-deyib.
Qeyd edək ki. Bernardo Silva daha sonra Kriştianu Ronaldunun daha yaxşı futbolçu olduğunu açıqlayıb.