"Mançester Yunayted" "Brentford"a 60 milyon avro təklif edib
"Mançester Yunayted" kamnerunlu futbolçu Brayan Embumu üçün "Brentford"a 60 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops öz "X" hesabında paylaşım edib.
Embumunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 25 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olmağa müsbət yanaşır.
O, bu mövsüm çıxış etdiyi 42 matçda rəqib qapılarından 20 top keçirib.