"Mançester Yunayted" "Çelsi"dən 65 milyon avro tələb edir
"Mançester Yunayted" yayda argentinalı futbolçusu Alexandro Qarnaçonu satacaq.
Sportline.az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Qarnaçonu transfer etməkdə israrlıdır.
Mançester klubu 20 yaşlı futbolçu üçün "Çelsi"dən 65 milyon avro tələb edir.
Qeyd edək ki, Qarnaço bu mövsüm çıxış etdiyi 54 matçda 11 qol 10 asistlə yadda qalıb.