"Mançester Yunayted" fransalı futbolçunun xidmətində maraqlıdır

"Mançester Yunayted" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az jurnalist Loiç Tanzinin məlumatına istinadən xəbər verir ki, "Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku "Mançester Yunayted"in əsas transfer hədəfinə çevrilib.

Bu keçid üçün "qırmızı şeytanlar" qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 14 qol 5 məhsuldar ötürmə müəllifi olub.

27 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Nkunku "Çelsi"yə 2023-cü ilin yayında "Leipziq"dən 60 milyon avro qarşılığında transfer olunmuşdu.