"Mançester Yunayted" ingiltərəli futbolçunun keçidinə icazə verib
"Mançester Yunyated"ə "Borussiya Dortmund"dan trasnfer olan gənc futbolçu Ceydon Sanço icarə əsasında keçmiş klubuna qayıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ulduz futbolçu baş məşqçi Erik Ten Haqla aralarında yaşanan münaqişədən sonra əsas heyətdən kənarlaşdırlıb. "Borussiya Dortmund" uzun müddətdir yaşıl meydanlardan kənarda qalan futbolçu üçün danışıqları yekunlaşdırıb.
Ceydon Sanço 6 aylıq icarə əsasında "sarı-qaralar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Maçester Yunayted" futbolçunu satmadığını açıqlayıb.