“Mançester Yunayted” Luis Hollu transfer etməkdə qərarlıdır
“Mançester Yunayted” yay transfer dönəmində “Nyukasl Yunayted”in sol cinah müdafiəçisi Luis Hollu heyətinə qatmaq niyyətindədir.
Sportline.az “Team Talk “nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu baş məşqçi Maykl Kerrikin sol cinah müdafiəçisi mövqeyi üçün əsas transfer hədəfi hesab olunur və Hollun da bu keçidə müsbət yanaşdığı bildirilir.
“Nyukasl” daha bir əsas futbolçusunu itirmək istəmir. İngiltərə klubu Luis Hollun transferinə yalnız təxminən 60 milyon funt sterlinq qarşılığında razılıq verə bilər. Bundan əlavə ispaniya nəhəngi “Barselona”da Luis Hollun transferində maraqlıdır.
Qeyd edək ki? inglis futbolçunun müqavilə müddəti 2029-un yayında başa çatır.