"Mançester Yunayted" nigeryalı forvardla maraqlanmır
"Mançester Yunayted" klubu "Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimheni transfer etmək niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda məşhur insayder David Ornşteyn öz şəxsi "X" hesabında paylaşım edib.
26 yaşlı futbolçu müqavilə əsasında İtaliyanın "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, Osimhenin transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.