"Mançester Yunayted" portuqaliyalı futbolçusunu satmayacaq

"Mançester Yunayted" portuqaliyalı futbolçusu Bruno Fernandeşlə yola davam edəcək.

Sportline.az jurnalist Rob Dovsonun məlumatına istinadən xəbər verir ki, Mançester klubu Fernandeşi satmaq niyyətidə deyil.

30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bruno Fernandeş cari mövsüm çıxış etdiyi 52 matçda 19 qol 18 asistlə yadda qalıb.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə 55 milyon avrodur.