“Mançester Yunayted” Qarnaço ilə vidalaşır?

"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaço ilə vidalaşmağa hazırlaşır.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, Mançester klubu Qarnaçonu 50 milyon avro qarşılığında satmaq istəyir.

20 yaşlı futbolçu İngiltərə klubunda ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Qarnaçonun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 51 matçda 10 qol 9 asistlə yadda qalıb.