"Mançester Siti" Qrilişlə bağlı qərar verib
"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişlə yola davam edəcək.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu Qrilişi satmayacaq.
29 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qriliş bu mövsüm çıxış etdiyi 31 matçda 3 qol 5 asistlə yadda qalıb.