"Mançester Yunayted" Rasmus Höylundla bağlı qərar verib
"Mançester Yunayted" danimarkalı futbolçusu Rasmus Höylundla yollarını ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" kanalı məlumat yayıb.
22 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rasmus Höylund bu mövsüm çıxış etdiyi 47 matçda 9 qol 4 asistlə yadda qalıb.