"Mançester Yunayted" klubu uzun müddət stadionsuz qala bilər
"Mançester Yunayted"in ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunun sökülməsi ilə bağlı qərar qəbul olunub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, komandanın 25%-lik hissəsini alan Cim Ratçlif "Old Trafford"u sökərək ətraf ərazidə yeni stadionun təmirinə başlanmasını tələb edib. "Mançester Yunayted" azarkeşləri isə etiraz edərək stadionun sökülməsinə qarşı çıxıblar.
"Qırmızı şeytanlar"ın rəhəbrliyi bəyənat yayaraq stadionla bağlı planın həyata keçməsi üçün uzun müddətə ehtiyac olduğunu bildiriblər.
Qeyde edək ki, "Old Trafford" stadionu 1910-cu ildə istifadəyə verilib.