"Mançester Yunayted"dən 35 milyon avroluq transfer

"Lion"un fransalı futbolçusu Rayan Çerki karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro təklif edib.

21 yaşlı futbolçunun "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Çerki bu mövsüm çıxış etdiyi 41 matçda 12 qol 19 asistlə yadda qalıb.