"Mançester Yunayted"in futbolçusu "Borussiya Dortmund"a keçir
"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço icarə əsasında "Borussiya Dortmund" klubuna transfer olunacaq.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, ingiltərəli sol cinah müdafiçəisi Almaniya klubunda icarə əsasında çıxış edəcək.
"Mançester Yunayted" klubu futbolçunun satılmayacağını və mövsüm sonunda yenidən komndaya qayldacağını bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" rəhbərliyi sentyabr ayından etibarən yaşıl meydanlara çıxmayan Ceydon Sançonun dəyəri az olduöu üçün satışdan imtina ediblər və icarə əsasında göndərmək qərarına gəliblər.