"Mançester Yunayted"in kotdivuarlı futbolçusu haqqında çıxan xəbərləri yalanlayıb
"Mançester Yunayted"in 21 yaşlı kotdivuarlı futbolçusu Amad Diallo haqqında çıxan transfer xəbərləriylə bağlı açıqlama verib.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, sol cinah müdafiəçisi "X" sosial şəbəkəsində paylaşım edərək :"Yalan danışmağı dayandırın",-deyib.
Qış transfer pəncərəsində komandadan ayrılacağıyla bağlı çıxan xəbərlər haqqında danışan futbolçu :"Mən hələki başqa yerə getməklə bağlı düşünmürəm. Amma jurnalistlər artıq məni 4 fərqli komandaya satıblar",-deyib və gülüb.
Qeyd edək ki, Amad Diallo bu mövsüm "Mançetser Yunayted" forması ilə cəmi 1 oyunda meydana çıxıb.