"Mançester Yunayted"in yeni hədəfi

"Mançester Yunayted" "Bornmut"un futbolçusu Aleks Skottu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, A.Skott ötən mövsüm meydana çıxdığı 39 matçda 4 qol, 1 asistlə yadda qalıb.

Banner