Markos Alonso gələcəyindən narahatdır

"Barselona"nın yarımmüdafiəçisi Markos Alonso gələcəyindən söz açıb.

Sportline.az xəbər verir ki, o, növbəti mövsümlə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirib.

Bu ay müqaviləsinin vaxtı bitən futbolçu "Mundo Deportivo"nun bununla bağlı sualını belə cavablandırıb: "Hələ ki, harada oynayacağımı bilmirəm. Tezliklə yenilik olacağına ümid bəsləyirəm".

Qeyd edək ki, Alonso 2023/24 mövsümündə keçirdiyi 8 oyunda məhsuldarlığı ilə yadda qalmayıb.