Mattia Vitinin yeni klubu bilinib
“Fiorentina” Mattia Vitinin transferi üçün razılıq əldə etdi.
Sportline.az xəbər verir ki, “Fiorentina” klubu mərkəz müdafiəçi Mattia Vitinin transferi üçün “Nitsa” ilə şifahi razılıq əldə edib.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Transfer icarəyə başlanacaq. Müqavilədə 4,5 milyon avroya satınalma hüququ saxlanılır, lakin bu vəsait məcburi deyil.
Bundan əlavə, razılaşmaya gələcək transferdən 15% pay əlavə də daxil edilib.
Vitinin “Fiorentina”ya keçidi yaxın günlərdə rəsmiləşə bilər.