Maurisyo Poçettino zədəli futbolçu ilə bağlı danışıb
"Çelsi"nin baş məşqçisi Maurisyo Poçettino Risi Ceymsin zədəsi ilə bağlı açıqlama verib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis sağ cinah müdafiəçisi haqqında açıqlama verərkən :"Risi Ceymsin zədəli olması əlbəttə planlarımızı alt-üst edib. Həkimlər 2-3 həftəyə qayıda biləcəyini desə də, məncə 4 ay yaşıl meydanlardan kənar qalacaq. Bu müddət ərzində onun əvəz edicisini tapmaqla məşğul olmalıyam",-deyib.
Qeyd edək ki, Maurisyo Poçettino bu mövsümdən etibarən komandanı çalışdırır.