Maykıl Arteta təcrübəli futbolçu barədə danışıb
"Arsenal"ın baş məşqçisi Maykıl Arteta Deklan Rays haqqında müsbət ifadələr istifadə edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis açqılamasında :" Deklan Rays çox mükəmməl futbolçudur. Gələcəkdə bu klubun əsas futbolçularından birinə çevrriləcək. Amm hazırda mənim istədiyim formada deyil. Sadəcə zaman lazımdır",-deyib.
Deklan Rays isə cavab olaraq :" Mən "Arsenal"a gələnə kimi güclü futbolçu olduğumu düşünürdüm. İndi isə tam əksinə futbolla bağlı bilmədiyim çox şey olduğunu anladım. Ümid edirəm ki, etimadı doğrulda biləcəyəm",-deyib.
Qeyd edək ki, Deklan Rays "Arsenal"a bu mövsüm "Vesthem Yunayted" klubundan transfer olunmuşdu.