MBA: "İndiana" və "Oklahoma"dan çətin qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, azarkeşlər növbəti oyun günündə daha 10 oyuna şahidlik ediblər.

"Çikaqo Bulls"la qarşılaşan "İndiana Peysers" overtaymda qələbə qazanıb. "Portlend Treyl Bleyzers"lə üz-üzə gələn "Oklahoma Siti Tander"in qələbəsi asan başa gəlməyib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Klivlend Kavaliers" - "Yuta Cazz" - 91:117

"Boston Seltiks" - "Dallas Maveriks" - 114:93

"Çikaqo Bulls" - "İndiana Peysers" - 116:119 (overtaym)

"Memfis Qrizzlis" - "Bruklin Nets" - 100:109

"Mayami Hit" - "Vaşinqton Uizards" - 115:109

"Minnesota Timbervulfs" - "Orlando Məcik" - 120:103

"Milouki Baks" - "Atlanta Houks" - 144:112

"Feniks Sans" - "Los Anceles Klippers" - 111:121

"Los Anceles Leykers" - "Nyu York Niks" - 112:119

"Portlend Treyl Bleyzers" - "Oklahoma Siti Tander" - 109:111