Mbappe:"Ançelottinin dediyi yerdə oynayacağam"

"Real Madrid"in yeni transferi Kilyan Mbappe hər mövqedə oynayamağa hazır olduğunu bildirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 25 yaşlı ulduz mətbuat konfransında bu fikirləri səsləndirib.

"Ancelotti harada istəsə, orada oynayacağam. PSJ-də mən hücumun hər cinahında oynayırdım. Monakodada eynən. Ən vacib olan-yaxşı formada olmaqdır. Oynayacağım mövqe isə artıq bir detaldır"

Çərşənbə axşamı "Santyaqo Bernabeu" stadionunda PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid klubuna keçən Mbappe üçün təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, fransalı ulduz "Real Madrid"lə 5 illik müqavilə imzalayıb.