Mbappenin son durumu

PSJ-nin futbolçusu Kilian Mbappe gələcək karyerası ilə bağlı məsələyə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, ulduz forvard Fransa superkubokunun "Tuluza" ilə oyunundan sonra (2-0) sualları cavablandırarkən "Məh hələ qərar verməmişəm. Amma, məsələni uzatmaq niyyətində deyiləm. Məncə bunun mənası yoxdur", - deyib.

Qeyd edək ki, Madrid "Real"ı ona yanvarın ortalarınadək cavab üçün vaxt verib.

PSJ ilə bu ay müqaviləsinin müddəti başa çatacaq Mbappenin karyerasını Madriddə davam etdirəcəyi gözlənilir.

Onun transfer qiyməti 180 milyon avrodur.