Mehmet Büyükekşi təhqir edən 41 nəfəri məhkəməyə şikayət edib

Türkiyə Futbol Federassiyasının istefa verən prezidenti Mehmet Büyükekşini təhqir edən 41 nəfər polis tərəfindən saxalnılıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,  TFF-nin keçmiş prezidenti şikayət ərizsəində :"Beşiktaş"ın Konfrans liqasında "Luqano"yla qarşılaşdığı matçda Tüpraş stadionuna gələn azarkeşlər mənə, futbolun qatili, "Qalatasaray"ın köləsi və daha ağır ifadələr istifadə etdilər",-deyib.

Məhkəmə saxlanılan şəxslərə 2 ilədək həps və ya pul cəzasının veriləcəyini bildirib. 

Qeyd edək ki,Mehmet Büyükekşi Ahmet Nur Çebini də şikayət edib.