Meksika mundialda
2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XIV turunun Meksika millisinin El Salvadoru qəbul etdiyi matç başa çatıb.
Sportline.az xəbər verir ki, Mexiko şəhərində (Meksika) "Astek" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 17-ci dəqiqədə Ueriel Antuna açıb. 43-cü dəqiqədə isə Raul Ximenez penaltini dəqiq dəqiq yerinə yetirərək hesabdakı üstünlüyü artırıb.
Bu qələbə Meksika millisinə bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak imkanı verib. Salvador isə seçimin nəticələrinə görə qrup mərhələsində yeddinci yeri tutub.
CONCACAF zonasında XIV turun digər oyununda Panama millisi evdə Kanada millisini 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunun müəllifi 49-cu dəqiqədə fərqlənən Qabriel Torres olub.
Bundan əvvəl Kanada yığması artıq dünya çempionatına vəsiqəni təmin edib. Kanadalılar təsnifat mərhələsinin qrup mərhələsində birinci, Panama isə beşinci yerdə qərarlaşıb.