Mərakeş millisinin gənc ulduzu London klubuna keçir
Mərakeş millisinin gənc ulduzu Ayyub Bouaddi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" 18 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
"Team Talk"un yaydığı məlumata görə, "Lill" oyunçusu üçün ən azı 70 milyon avro tələb edir.
Qeyd edək ki, A.Bouaddi Fransa təmsilçisi ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.