Lebron Ceyms "Liverpul"un sahibi ilə anlaşdı

İngiltərənin "Liverpul" klubu ilə "RedBird Capital Partners" şirkəti arasında müqavilə bağlanılıb.

Sportline.az xəbər verir ki, basketbolçu Lebron Ceymslə çalışan şirkət anlaşma qarşılığında kluba 626 milyon avro ödəyəcək.

Ceyms 2011-ci ildən "Liverpul"da 2 faizlik paya sahibdir. Lakin indi o, klubun sahibi "Fenway Sports Group" (FSG) şirkətində mühüm rol oynayacaq. Basketbolçu ABŞ-ın "Boston Red Soks" beysbol komandasının və FSG-nin digər törəmə şirkətlərinin sahiblərindən biri olacaq.

Qeyd edək ki, son 4 ildə "Liverpul" Çempionlar Liqasının (2019), İngiltərə Premyer Liqasının (2020), klublararası dünya çempionatının (2020) və UEFA Super Kubokunun (2019) qalibi olub. 36 yaşlı Lebron Ceyms isə 4 qat NBA çempionu (2 dəfə "Mayami"də, hərəyə 1 dəfə "Klivlend" və "Leykers"də) və ikiqat olimpiya çempionu (2008, 2012) olub.