Məşhur futbolçu "Atletik"lə vidalaşır

“Atletik Bilbao”nun məşhur futbolçularından olan İker Muniain mövsümün sonunda komandanı tərk edəcək.

Sportline.az Bask klubunun mətbuat xidmətinə əsasən xəbər verir ki, 15 ildir “Atletik”in formasını geyinən futbolçu mövsümün sonunda komandadan ayrılacaq.

31 yaşlı futbolçu ayrılmaq qərarını özü verib.

“Atletik”in yetirməsi sayılan Muniain əsas komandada 2009-cu ildən çıxış edir.

Klubda kapitanlığa qədər yüksələn İker bu mövsüm “Atletik”lə Kral kubokunu qazanıb.

O, həmçinin, ikiqat İspaniya Superkubokunun qalibidir.

2012-2019-u illərdə İspaniya millisinin şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi bu mövsüm “Atletik”lə meydana çıxdığı 22 görüşdə 2 dəfə fərqlənib.

Ikerin hazırki transfer dəyəri 6 milyon avrodur.